Portuqaliya Rusiya istehsalı 6 “Kamov” helikopterini Ukraynaya göndərəcək.
AzerTimes xəbər verir ki, bunu Portuqaliya müdafiə naziri Yelena Karreyras bildirib.
“Biz Ukraynanın xahişi ilə Rusiyaya tətbiq edilən sanksiyalara görə artıq işlədə bilməyəcəyimiz “Kamov” helikopterlərini göndərəcəyik. Məsələ burasındadır ki, onların uçuşa yararlılıq sertifikatları yoxdur və biz onları heç təmir edə bilməyəcəyik”, – Y.Karreyras söyləyib.