Bu ölkə rus texnikasını ABŞ-a verdi, Zaxarova qəzəbləndi

Bu ölkə rus texnikasını ABŞ-a verdi, Zaxarova qəzəbləndi

Ekvadorun Rusiya texnikalarını ABŞ-a ötürmək qərarı ehtiyatsızlıq olub və kənar maraqlı tərəflərin ciddi təzyiqi ilə qəbul edilib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Tərəfdaşlarımız müqavilələrin müddəalarını, o cümlədən tədarük edilmiş əmlakdan göstərilən məqsədlər üçün istifadə etmək və Rusiyadan müvafiq razılıq almadan üçüncü tərəfə verməmək öhdəliyini yaxşı bilirlər. Vaşinqton çətin ki, Ekvadorda deyildiyi kimi, bu “metal qırıntıları” müqabilində əhəmiyyətli məbləğə müasir avadanlıq təklif etsin. Ümid edirik ki, Kito bunu dərk edir”, – o bildirib.

Qeyd edək ki, Ekvador Prezidenti Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən imtina etməyəcəyini və Moskvanın mövqeyinə baxmayaraq, bunu edəcəyini bildirmişdi.

Teqlər: