Bu ölkə rus qazından daha çox asılı vəziyyətə düşdü

Bu ölkə rus qazından daha çox asılı vəziyyətə düşdü

İspaniya Rusiyanın təbii qazından daha çox asılı vəziyyətə düşüb, onun iyuldakı tədarükü keçən illə müqayisədə 65% artıb.

AzerTimes-ın verdiyi məlumata görə, bu barədə İspaniyanın Energetika və Ətraf Mühit Nazirliyinin bölməsindən bildiriblər.

Qeyd olunur ki, İspaniya bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə 14% az qaz idxal etsə də, Rusiyadan idxalın iyul göstəricisində kəskin artım (65%) baş verib.

Nəticədə, Rusiya qazının ümumi idxalda payı iyulda 28%-ə yüksəlib. Halbuki 2022-ci ilin eyni ayında bu göstərici 14,5% idi.

Teqlər: