Bu ölkə rus kanallarının yayımını qadağan etdi

Bu ölkə rus kanallarının yayımını qadağan etdi

Monteneqro Rusiya telekanallarının ölkədə yayımını qadağan edib.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Monteneqrodakı səfiri Vladislav Maslennikov deyib.

“Ötən həftəsonu AB-nin Rusiyaya qarşı sanksiyalarının 6-cı paketində olan rus kanalları bağlandı. Bu, Monteneqro hökumətinin bu paketə qoşulması ilə bağlı rəsmi qərarı olmadan həyata keçirilib”, – səfir bildirib.

Onun sözlərinə görə, AB-nin sanksiyahısına düşməyən “Birinci” və “Pobeda” kanalının da yayımına qadağa qoyulub.

Qeyd edək ki, AB-nin növbəti sanksiyalarına əsasən, Rusiyanın “Rossiya”, RTR “Planeta”, “Rossiya 24” və TV Çentr kanalarının qurumun ərazisində yayımı qadağan edilib.

Teqlər: