Bu ölkə Ramazanda nifrət cinayətinin mərkəzi oldu – AKP

Bu ölkə Ramazanda nifrət cinayətinin mərkəzi oldu – AKP

Danimarka Ramazan ayında nifrət cinayətlərinin mərkəzi oldu. Bu hörmətsizliyin təkrarlanmasını lənətləyirik.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Qurani-Kərimə və Türkiyə bayrağına edilən hörmətsizliyin təkrarlanmasını lənətləyirik. Nifrət cinayətinə icazə verən Danimarka rəsmilərini qınayırıq. Danimarka rəsmilərinə bu cinayəti törədənlərin tapılması yönündə çağırışımızı təkrarlayırıq. Prosesi izləyəcəyik”, – deyə Ö.Çelik bildirib.

Qeyd edək ki, Danimarkada Türkiyə bayrağı və Qurani-Kərimin yandırılmasından dolayı bu ölkənin Ankaradakı səfiri XİN-ə çağırılmışdı.

Teqlər: