Bu ölkə “qaşınır”. Bir dəqiq zərbə… – Solovyov

Bu ölkə “qaşınır”. Bir dəqiq zərbə… – Solovyov

Bildiyimiz kimi, Kosovada samballı NATO bazası var. Onlar az qala bizi təhdid edir, Ukraynanı dəstəkləyir, Serbiya ilə kəllə-kəlləyə gəlir.

AzerTimes xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Sadə dillə desək, Kosova son günlər yaman “qaşınır”. Bəlkə artıq vaxtıdır? Bəlkə bir zərbə vuraq? Axı biz bilirik əslində orada nələr baş verir. Serb ailələr Kosovada illərdir əzilir. Bəlkə bu ailələrə dəstək olaq? Dəqiq bir zərbə… Sonradan Serbiyaya rəsmi olaraq dəstək təklif edək. Orada öz bazamızı açaq”, – deyə o qeyd edib.

Teqlər: