Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət işçisini işdən çıxarmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley deyib.
“50 min dövlət işçisini işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Nəzərə alın ki, hazırda müqavilələrin sayı azaldılır və 70 min müqavilə ləğv ediləcək”, – o bildirib.
Yerli medianın məlumatına görə isə Argentina hökuməti martın 31-də başa çatan on minlərlə lazımsız müqaviləyə xitam vermək niyyətindədir.