Maldiv adaları Pakistandakı səfiri Məhəmməd Thohanı görə geri çağırıb.
AzerTimes xəbər verir ki. buna səbəb səfirin Taliban hərəkatının rəsmisi ilə görüşməsi olub.
Belə ki, ötən həftə İslamabadda Maldiv diplomatı ilə Talibanın sözçüsü Sərdar Əhməd Şakib arasında görüş baş tutub.
Görüşdən sosial şəbəkələrdə foto yayılması Maldiv adalarının Əfqanıstandakı Taliban rejimini tanıyıb-tanımadığı ilə bağlı müzakirə yaradıb.
Bununla əlaqədar olaraq, adanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Maldiv diplomatının görüşünə rəsmi icazə verilməyib.