Bu ölkə nüvə qadağası barədə müqaviləni ratifikasiya etdi

Bu ölkə nüvə qadağası barədə müqaviləni ratifikasiya etdi

Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağası haqqında müqaviləni ratifikasiya edib.

AzerTimes xəbər verir ki, bu barədə ada ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiya sənədini 25 iyul 2023-cü il tarixində BMT-nin Nyu Yorkdakı Baş Qərargahında BMT-nin Hüquq Məsələləri İdarəsinə təqdim edərək nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləni ratifikasiya edən 178-ci dövlət oldu. Ratifikasiya sənədinin saxlanca verilməsi Şri-Lankanın statusunu müqaviləni imzalayan dövlətdən tamhüquqlu üzv statusuna yüksəldir”, – XİN qeyd edib.

Teqlər: