Bu ölkə nüvə dövləti olacaq – Kissincer

Bu ölkə nüvə dövləti olacaq – Kissincer

Yaponiya beş ildən sonra nüvə dövlətinə çevrilə bilər.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer çıxış edib.

“Onların (yaponların – red.) hara getməsi ilə bağlı aydın fikir var: Yaponiya beş ildən sonra nüvə dövləti olmağa doğru irəliləyir”.

O qeyd edib ki, ki, Yaponiya həmişə ABŞ-la yaxın olmaq istəyir, lakin Vaşinqton üçün əlverişli olmayan sövdələşmələr bağlaya biləcəyi də istisna deyil:

“Mən düşünmürəm ki, Yaponiya onu məhdudlaşdıracaq qlobal çoxtərəfli sistemin daimi üzvü olmaq niyyətindədir”.

Teqlər: