Küveyt Neft Şirkəti (KPC) bazar günü Küveytin Failaka adasının şərqindəki Nohata yatağında ehtiyatları 3,2 milyard barrel olaraq qiymətləndirilən nəhəng neft yatağı aşkar etdiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
KPC-nin baş direktoru Şeyx Nəvaf Səud Nasir əs-Sabah 1eyd edib ki, yatağın ehtiyatları ölkənin bütün hasilatının üç illik dəyərinə bərabərdir.