Avqustun 1-dən İslandiyanın Moskvadakı səfirliyi fəaliyyətini dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə İslandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bundan başqa, İslandiya Rusiyadan Reykyavikdəki səfirliyin işini məhdudlaşdırmağı və diplomatik nümayəndəliyin səviyyəsini aşağı salmağı tələb edib. İslandiyanın Moskvadakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar diplomatik münasibətlərin kəsilməsi deyil. Şərtlər imkan verən kimi İslandiya Moskvada səfirliyinin yenidən açılmasını prioritet hesab edəcək”, – məlumatda qeyd edilib.