Bu ölkə lideri səfirimizi “Şərəf” ordeni ilə təltif etdi – Foto

Bu ölkə lideri səfirimizi “Şərəf” ordeni ilə təltif etdi – Foto

Moldova Prezidenti Maya Sandu bu gün Moldovada diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovu qəbul edib.

AzerTimes xəbər verir ki, Moldovanın ölkə başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişinyov arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

Maya Sandu Kişinyov və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.

Teqlər: