Bolqarıstan Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin ölkənin hava məkanı üzərindən uçmasına icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstanın “Teleqraf” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, icazə ATƏT Nazirlər Şurasının iclasına sədrlik edən Şimali Makedoniyanın istəyindən sonra verilib:
“Xarici İşlər Nazirliyi təsdiqləyib ki, Lavrovun olduğu təyyarəyə ATƏT Nazirlər Şurasının noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək iclası üçün Skopyeyə gedərkən Bolqarıstanın hava məkanından uçmasına icazə verilib”.
Bildirilib ki, icazə müvəqqətidir və 72 saat müddətində etibarlıdır.