Kanada Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında qanunu ratifikasiya edib.
AzerTimes xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trudo deyib.
“Kanada bu gün Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya edən ilk ölkə oldu, yaxın dost və təhlükəsizlik partnyoru kimi Kanada onların NATO-ya qoşulmasını qətiyyətlə dəstəkləyir. Onların üzvlüyü NATO-nu daha da gücləndirəcək”, – Trudo qeyd edib.
Bundan əlavə, Danimarka da hər iki ölkənin NATO-ya qoşulması ilə bağlı qanunu təsdiqləyib.