Bu ölkə İranın 20 milyard dollarını qaytarmır

Bu ölkə İranın 20 milyard dollarını qaytarmır

İranın son bir neçə il ərzində Suriyaya verdiyi 20 milyard dollar məbləğində vəsait geri qaytarılmayıb.

AzerTimes xəbər verir ki, bu sözləri İran parlamentinin üzvü Məhəmməd Hüseyn Asəfəri deyib.

O, İran Prezidenti İbrahim Rəisinin Suriyaya son səfərinə toxunaraq, bu vəsaitin geri alınmasını tələb edib.

“Gözləntimiz budur ki, Suriya hökuməti ilə müqavilələr nağd şəkildə olsun. Biz pul xərcləyirik, ancaq bunun qarşılığında heç nə əldə etmirik”,- millət vəkili bildirib.

Teqlər: