Bu ölkə ilə viza ləğv edildi: Saziş bu tarixdən qüvvəyə minir

Bu ölkə ilə viza ləğv edildi: Saziş bu tarixdən qüvvəyə minir

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək.

AzerTimes xəbər verir ki, bu barədə APA-ya Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi ümumvətəndaş pasport sahibləri üçün vizadan azad edilməyə dair sazişin 28 avqust 2024-cü il, çərşənbə günü rəsmi olaraq qüvvəyə minəcəyini elan etməkdən məmnuniyyət duyur.

Göstərilmiş tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Məraakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.

Teqlər: