İndoneziya hakimiyyət orqanlarının xidmətdə olan təyyarələri modernləşdirmək niyyətinə görə Qətərdən 790 milyon dollara 12 ədəd “Miraj 2000-5” döyüş təyyarəsini almaqdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi də “Miraj” qırıcılarının alışının baş tutmayacağını və artıq ləğv edildiyini deyib:
“Yəni müqavilə etibarlı deyil”.
Qeyd edək ki, rəsmi Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən istifadə olunmuş Fransa istehsalı olan döyüş təyyarələri almaq üçün müqavilə bağlamışdı.