Karib dənizindəki ada ölkəsi Barbados Fələstini dövlət kimi tanıyıb.
AzerTimes xəbər verir ki, bu barədə Barbados xarici işlər naziri Kerri Simmonds məlumat yayıb.
“Biz həmişə BMT-nin nəznində münaqişənin iki dövlətli prinsiplər çərçivəsinə həllinin tərəfdarı olmuşuq. Ancaq, dünyaya bunu söyləməyimizə baxmayaraq, Fələstini dövlət kimi tanımırdıq. Ortada bir uyğunsuzluq mövcud idi. Biz Fələstini bir dövlət kimi tanımadığımız halda necə iki dövlətli həll tələb edə bilərdik? Buna görə də, Barbados rəhbərliyi Fələstini dövlət kimi tanımaq qərarına gəlib”, – nazir bildirib.
Qeyd edək ki, Barbados BMT-yə üzv olan 193 ölkə arasında Fələstini dövlət kimi tanıyan 140-cı ölkə oldu.