Norveç hökuməti yazda parlamentə II Dünya müharibəsindən sonra milli müdafiə xərclərinin ən böyük artımı planını təqdim etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Norveç hökumətinin başçısı Yonas Qahr Stör deyib.
“Bir neçə aydan sonra mən parlamentə müdafiə xərclərimizdə II Dünya müharibəsindən bəri ən böyük artımla bağlı təkliflər təqdim edəcəyəm – həm struktur, həm də maliyyə. Biz bunu razılaşdırılmış regional planlara uyğun olaraq edirik”, – Stör bildirib.
O, Ukraynada davam edən münaqişədən danışaraq, Atlantikanın hər iki tərəfində silah istehsalının artırılması, NATO çərçivəsində, eləcə də alyansla Kiyev arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.