Bu ölkə də Rusiya vətəndaşlarına qadağa tətbiqini istədi

Bu ölkə də Rusiya vətəndaşlarına qadağa tətbiqini istədi

Rusiya vətəndaşlarının Avropa Birliyi ərazisinə girişinə qadağa bütün AB ölkələri tərəfindən qəbul edilməlidir.

AzerTimes xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.

O, Estoniyanın Rusiya vətəndaşlarının Şengen vizası ilə ölkəyə buraxılmaması qərarını və Latviyanın bu istiqamətdə gördüyü tədbirləri alqışladıqlarını bildirib:

“Litva ardıcıl olaraq təcavüzkar dövlətlərə qarşı sanksiyaları müdafiə edib və belə hesab edir ki, məhdudiyyətlər bütövlükdə AB səviyyəsində tətbiq olunarsa, daha effektiv işləyər”.

Teqlər: