Bu ölkə də korona məhdudiyyətlərini ləğv edir

Bu ölkə də korona məhdudiyyətlərini ləğv edir

Cənubi Koreya iyunun 1-dən bütün COVİD-19 məhdudiyyətlərini ləğv edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, koronavirus xəstələri üçün məcburi təcrid müddəti yeddi gündən beş günə endiriləcək. Maska taxmaq öhdəliyi isə yalnız xəstəxanalarda məcburi olacaq. Sərnişinlərin ölkəyə gəldikdən sonra PCR testindən keçməsi tövsiyəsi ləğv ediləcək.

Eyni zamanda, Cənubi Koreyaya daxil olmaq üçün ruslar yalnız K-ETA elektron səyahət icazəsi almalı və QR kodu üçün qeydiyyatdan keçməlidirlər.

Turistlərin viza üçün, habelə giriş və gəliş zamanı test vermələrinə ehtiyac yoxdur.

Teqlər: