Bu ölkə də Fransa ordusuna qarşı çıxdı

Bu ölkə də Fransa ordusuna qarşı çıxdı

Fransa ordusunun ölkəmizdəki bir neçə hərbi bazadan hələ də faydalanmasının səbəblərini və bu varlığın milli suverenliyimizə və strateji muxtariyyətimizə təsirini şübhə altına almalıyıq.

AzerTimes xəbər verir ki, bunu Seneqalın Baş naziri Usman Sonko bildirib.

“Mən burada Seneqalın öz ərazilərində nəzarətə sahib olmaq istəyini təkrar edirəm, bu da ölkədə xarici hərbi bazaların uzun müddət mövcudluğu ilə bir araya sığmır”, – Sonko vurğulayıb.

Qeyd edək ki, hazırda Seneqalda 250 fransız hərbçisi var.

Teqlər: