Bu ölkə də Danimarka və İsveç səfirlərini XİN-ə çağırdı

Bu ölkə də Danimarka və İsveç səfirlərini XİN-ə çağırdı

Danimarka və İsveç səfirləri həmin ölkələrdə “Qurani-Kərim”in təhqir olunması ilə bağlı İndoneziya Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, İndoneziya tərəfi bu hərəkətləri qətiyyətlə pisləyərək mövqeyini açıq şəkildə diplomatik nümayəndəliklərin rəhbərlərinə çatdırıb.

“Baş verənlər ifadə azadlığının təzahürü kimi şərh edilə bilməz, çünki onlar böyük fəsadlara gətirib çıxarır. İndoneziya bu cür düşünən yeganə ölkə deyil, bir çox dövlətlər oxşar nöqteyi-nəzərdən çıxış ediblər”, – XİN-dən verilən açıqlamada bildirilib.

Teqlər: