Rumıniyanın çox nüfuzlu “Cotidianul” qəzeti ölkənin energetika naziri Vircil Daniel Popeskuya istinadla qeyd edir ki, ölkəsi 2024-cü ildə Azərbaycandan qaz tədarükünü davam etdirmək niyyətindədir.
AzerTimes-ın məlumatına görə, məqalədə bildirilir ki, 2024-cü ildən sonra təkcə qazın tədarükünə dair yeni müqavilələrin bağlanması deyil, həm də qarşılıqlı maraq doğuran digər potensial layihələr vasitəsilə iki ölkə arasında əməkdaşlığı davam etmək planlaşdırılır.
Qeyd edək ki, 2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası zamanı SOCAR və Rumıniyanın enerji şirkəti “Romgaz S.A.” arasında qaz tədarükü haqqında müqavilə imzalanıb. Müqavilə 2023-cü ildən 2024-cü ilə qədər Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.