Bu ölkə BRİKS-ə qoşulmaq üçün referendum keçirə bilər

Bu ölkə BRİKS-ə qoşulmaq üçün referendum keçirə bilər

Serbiya BRİKS-ə qoşulmaq üçün ölkədə referendum keçirə bilər.

AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Onun sözlərinə görə, BRİKS-in Serbiyada populyarlıq reytinqi 42 faizə çatıb:

“Düşünürəm ki, bu məsələnin müzakirəsi çoxlarının xoşuna gəlməsə də, 1,5-2 ildən sonra bu, ölkədə çox ciddi mahiyyət daşıyacaq. İstisna etmirəm ki, iki il yarımdan sonra yeni prezidentin seçiləcəyi hansısa seçkilərdə bu əsas mövzulardan birinə çevriləcək. Kim bilir, bəlkə də referendum üçün mövzu ola bilər”, – Vuçiç qeyd edib.

Xatırladaq ki, bu gün Rusiyanın Kazan şəhərində BRİKS-in 16-cı sammiti başlayır. Azərbaycan bu quruma üzv olmaq üçün müraciət edib.

Teqlər: