Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindın məlumat verilib.
Məlumatda qeyd olunub ki, Almaniya və Türkiyənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün atılan addımları müzakirə ediblər:
“Türkiyə qonşuluqda sülhün bərqərar olmasında mühüm vasitəçidir. Türkiyə Ermənistanla Azərbaycan arasında tarixi sülhün bərqərar olmasına töhfə verə bilər. Xarici işlər nazirlərinin görüşündə bu istiqamətdə konkret addımlar müzakirə olunub”.