Cənubi Afrika Respublikası (CAR) yaxın gələcəkdə Azərbaycanda diplomatik missiya aça bilər.
AzerTimes xəbər verir ki, bunu Report-a müsahibəsində CAR-ın Azərbaycan üzrə qeyri-rezident səfiri xanım Dipuo Berta Letsatsi-Duba bildirib.
“Azərbaycanın ölkəmizdə səfirliyi fəaliyyət göstərir. CAR yaxın gələcəkdə yaradılacaq diplomatik missiyası vasitəsilə Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətindədir”, – o deyib.