Niderland təmsilçisi Jost Klein müəmmalı səbəbdən Avroviziya 2024 yarışmasının finalından uzaqlaşdırılıb.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi Klein ilə bağlı insidenti araşdırdığını açıqlayıb. O vaxtdan bəri Avropa Yayım Birliyi baş verənlərlə bağlı susmaq mövqeyinə üstünlük verib.
İsveçin SVT telekanalı bildirib ki, buna səbəb fotoqrafla təmsilçi arasına yaranan qarşıdurma ola bilər. Başqa bir versiyaya görə, Klein müsabiqə iştirakçılarından biri ilə xoş olmayan münaqişəyə səbəb olub.
Niderland təmsilçisi araşdırmanın nəticələrini gözlədiyini qeyd edib.