Bu ölkə ABŞ ordusu üçün çəkdiyi xərcləri artırır

Bu ölkə ABŞ ordusu üçün çəkdiyi xərcləri artırır

Cənubi Koreya ölkə ərazisindəki ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərci 2026-cı ildən 8,3 faiz artıracaq.

AzerTimes xəbər verir ki, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ABŞ hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair tərəflər arasında son 5 ayda 8 mərhələdən ibarət müzakirələrin yekunu olaraq belə qərar qəbul edildiyini açıqlayıb. 2026-2030-cu illəri əhatə edən razılaşmaya əsasən Cənubi Koreya hər il ABŞ qoşunlarının saxlanılmasına 1,52 trilyon von (1,14 milyard ABŞ dolları) vəsait ayıracaq. Hazırda bu rəqəm 1,4 trilyon vondur.

Qeyd edək ki, hazırda ABŞ-nin Cənubi Koreyada 28 500 nəfərlik hərbi kontingenti var.

Teqlər: