Haitidəki durum ABŞ-ın daxili işlərinə qarışmasına icazə verildiyi təqdirdə bir dövlətin başına nə gələcəyinin bariz nümunəsidir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram hesabında yazıb.
Zaxarova qeyd edib ki, ABŞ ilə müdafiə sahəsində əməkdaşlığa başlayan Haiti hakimiyyəti ölkəni viranəliyə və dövlətin faktiki olaraq dağılmasına gətirib çıxarıb.