Şimali Koreya “dxr”, “lxr”, Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmə ilə bağlı referendumun nəticələrini dəstəkləyib.
AzerTimes xəbər verir ki, bu barədə Şimali Koreyanın Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çol-su məlumat verib.
“Biz Rusiya ilə birləşmək istəyən sakinlərin iradəsinə hörmət edirik və Rusiya hökumətinin bu bölgələrin ölkənin bir hissəsi olması ilə bağlı mövqeyini dəstəkləyirik. Referendumlar insanların bərabərliyi və öz müqəddəratını təyinetmə hüququnu təsbit edən BMT Nizamnaməsinə uyğun olaraq, sakinlərin iradəsini əks etdirməyə imkan verən qanuni prosedurlara uyğun olaraq keçirilib”, – o qeyd edib.