Bu ölkə 13 ildə 100 milyard dollar itirib – BMT

Bu ölkə 13 ildə 100 milyard dollar itirib – BMT

BMT-nin Uşaq Fondu (UNİCEF) Nigeriyanın şimal-şərqində törədilən terror aktlarının 13 ildə ölkəyə 100 milyard dollar ziyan vurduğunu açıqlayıb.

AzerTimes xəbər verir ki, UNİCEF-in dərc etdiyi “Nigeriyanın şimal-şərqindəki qarşıdurmaların iqtisadi bədəli” başlıqlı hesabatda Adamava, Borno və Yobe əyalətlərində hücumlar həyata keçirən terror təşkilatı “Boko Haram”ın ölkə iqtisadiyyatına zərər verdiyi bildirilib.

Hesabatda ştatlarda törədilən terror aktlarının 13 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğu, hətta münaqişələr bitsə belə, zərərin 150-200 milyard dollara çata biləcəyi qeyd edilib.

UNİCEF-in Nigeriya Nümayəndəsi Cristian Munduate hesabatla bağlı verdiyi açıqlamada münaqişələrin ölkə iqtisadiyyatının inkişafını pozduğunu deyib.

Teqlər: