Bu nəqliyyat vasitələri cərimələnəcək – DYP

Bu nəqliyyat vasitələri cərimələnəcək – DYP

Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə oluna bilərlər.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin naş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi bildirib ki, bu gün paytaxtın daha bir küçəsində avtobus zolağı salınır:

“Bu, ictimai nəqliyyatın fasiləsiz və rəvan hərəkət etməsi üçün vacib olan addımlardan biridir. Hesab edirəm ki, ictimai nəqliyyat üçün mümkün qədər yolların çox olması, eyni zamanda, digər hərəkət iştirakçılarının da vəziyyəti düzgün qiymətləndirərək ictimai nəqliyyatdan istifadə edən insanların vaxtında mənzil başına çatması üçün onların zolağına daxil olmaması da prosesi sürətləndirə bilər”.

“Cərimələnmə prosesi nəinki, Yol Patrul Xidməti əməkdaşlarının xidməti ərazisində, eyni zamanda, xüsusi texniki vasitələrin imkanları ilə müəyyən ediləcək”, – A.Əsgərli vurğulayıb.

Teqlər: