Bu nazirliyin iş planı təsdiqləndi

Bu nazirliyin iş planı təsdiqləndi

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında qurumun 2024-cü il üçün perspektiv iş planı təsdiqlənib.

AzerTimes xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda bu il idman növləri üzrə yığmaların, məşqçi və idmançı heyətlərinin siyahısı, eyni zamanda təqvim planı təsdiqini tapıb.

İdman mütəxəssislərinə veriləcək yeni döş nişanları və müvafiq vəsiqələr, həmçinin “İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə, “İdman obyektləri və avadanlıqlarının standartlaşdırılması” üzrə Texniki Komitənin yaradılması, 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatına atçılıq idman növü üzrə əlavələr və digər məsələlər müzakirə edilərək qəbul olunub.

Kollegiyanın qərarı ilə pauerliftinq, stronqman, qol güləşi idman növləri və onların fənləri Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının fəaliyyət istiqamətinə əlavə edilib.

2023-cü ildə əldə edilmiş nailiyyətlərə görə istedadlı və yaradıcı gənclərin, həmçinin “Sabahın alimləri” Xlll Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələləri, ali təhsil müəssisələrinin tələbələri arasında “Komando” hərbi-idman oyununun Əsasnaməsi də Kollegiyada müzakirə edilərək qəbul olunub.

Teqlər: