Bu nazirliyin fəaliyyət istiqaməti artırıldı

Bu nazirliyin fəaliyyət istiqaməti artırıldı

İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də əlavə olunub.

AzerTimes xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Əsasnaməyə dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək barədə bənd əlavə edilib.

Teqlər: