Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aşağıda
adı qeyd edilən tabe qurumlara rəhbər vəzifəyə sənəd qəbulu elan
edir.
AzerTimes-ın məlumatına görə, nazirlik aşağıdakı vəzifələr üzrə
sənəd qəbulu elan edir.
– “İmişli Olimpiya İdman Kompleksi” MMC-nin direktoru;
– “Tərtər Olimpiya İdman Kompleksi” MMC-nin direktoru;
– Müşviqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi”
MMC-nin direktoru
Sənədlər 16 mart 2022-ci il il tarixindən elektron formada
[email protected] ünvanına göndərilməlidir.