Bu namizədlərə xəbərdarlıq edildi

Bu namizədlərə xəbərdarlıq edildi

Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan şəxslərə xəbərdarlıq edilib.

AzerTimes xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan Rövşən Əli oğlu İsmayılxanlı, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Rövşən Əzim oğlu Mahmudov, Həkimeldostu Bayram oğlu Mehdiyev və Cavanşir Abbasqulu oğlu Nadirov “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.

Bildirilib ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə dairə seçki komissiyaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun müvafiq maddələrini rəhbər tutaraq onlara xəbərdarlıq ediblər.

Teqlər: