Bu müsəlman ölkələrindən Avropaya neft tədarükü artdı

Bu müsəlman ölkələrindən Avropaya neft tədarükü artdı

Rusiyanın enerji daşıyıcılarından tədricən imtina fonunda Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü artırır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Yaxın Şərqdən tədarüklər gündə 2,2 milyon barrelə qədər arta bilər. Bu, yanvar ayı ilə müqayisədə 90% çoxdur.

Bildirilir ki, son vaxtlar Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdən neft tədarükü xüsusi üstünlük təşkil edir.

Səudiyyə Ərəbistanından Avropaya iyulun ilk üç həftəsində boru kəməri ilə sutkada 1 milyon bareldən çox neft axıb. Bu da, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə, ötən ayla müqayisədə isə 200 min barel çoxdur.

İraq isə nefti yalnız dəniz yolu ilə göndərir. Ümumilikdə tankerlər gündə təxminən 1,2 milyon barrel neft daşıyıb.

Teqlər: