Bu müsəlman ölkə Bakıya qarşı filmi “Oskar”dan geri çəkdi

Bu müsəlman ölkə Bakıya qarşı filmi “Oskar”dan geri çəkdi

İordaniya erməni əsilli rejissor Sarin Ayrapetyanın Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürüb.

AzerTimes xəbər verir ki, məlumatı “Minval” Teleqram kanalı yazıb.

Qeyd edək ki, İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın “Mənim şirin ölkəm” sənədli filmini “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar”mükafatına təqdim etmək üçün seçmişdi. Müslman ölkə olan İordaniyanın bu addımı isə Azərbaycan ictimaiyyəti tərəfindən kəskin narazılıq yaratmışdı.

Bildirək ki, antiazərbaycan ruhlu film Qarabağın mənzərəli kəndində yaşayan və diş həkimi olmağı arzulayan 11 yaşlı Vrejenin hekayəsindən bəhs edir. Filmdə 11 yaşlı erməninin gələcək döyüşlərə hazırlaşmasından bəhs edilir.

Film artıq “Sheffield DocFest” sənədli film festivalında nümayiş olunub. İrəvanda isə “Qızıl ərik” film festivalı çərçivəsində premyerası baş tutub.

Teqlər: