Qərbin Rusiya ərazisinə raket hücumlarına Moskvanın cavabı adekvat və hiss olunacaqdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qərbin Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə icazə verməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.
“Kiyevin uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və onun peyklərinin hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq və bu, münaqişənin mahiyyətini dəyişəcək”, – Zaxarova qeyd edib.