Qərbin Rusiyaya sanksiyaları Ukraynaya qarşı hərbi əməliyyatların dayandırılmasını sürətləndirməyə hesablanıb.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü mümkün qədər tez dayandırması üçün ona qarşı sanksiyalar tətbiq edərkən, bu məhsulların daşınması üçün zəruri olan sığorta və nəqliyyat üçün xüsusi istisnalar etmişik”, – Blinken qeyd edib.