Bu dəhşətli müharibədən yeni Avropa yaranmalıdır – Ukrayna Avropa Birliyinin tamhüquqlu üzvüdür.
AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Polşa hökumətinin başçısı qeyd edib ki, Polşa Baltikyanı ölkələr, Litva və Latviya ilə birlikdə Ukraynaya maliyyə dəstəyinin təşkilində və Rusiyaya qarşı sanksiyaların tətbiqində Avropa Birliyində ən fəaldır.