Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid ailələri dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunur.

Bunu AzerTimes-a Milli Məclisin deputat Afət Həsənova deyib.

Deputat bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının şanli tarixinə çevrilib: “Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımız düşmən tapdağından azad etdi. Bu qələbə təkcə torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda xalqımızın mənəvi qələbəsi, özünəinam və qələbə əzmininin özünə qaytarılması ilə nəticələndi.

Əlbəttə ki, bu möhtəşəm qələbəni xalqımıza yaşadanlar ilk növbədə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan ordusunun əsgər və zabitləri idi. Onlar öz həyatları, sağlamlıqları bahasına xalqımıza bu qələbəni yaşatdı və əlbəttə ki, onların bu qəhrəmanlıqları dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı ardıcıl və sistemli şəkildə həyata keçirilir.

Şəhid ailələrinə və müharibə iştiakçlarına təqaüdlərin təyin edilməsi, onların mənzillərlə təmin edilməsi, müalicələrinin lazımi qaydada həyata keçirilməsi və digər istiqamtlərdə ciddi tədbirlər həyata keçirilir”.

Deputat bildirib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı üçün həyata keçirilən ən mühüm institusional təşəbbüslərdən biri də “YAŞAT” Fondunun yaradılması oldu: “Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondu” dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün mühüm platformaya çevrildi. Fondun fəaliyyəti olduqca müsbət nəticələr verməkdədir.

Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s. olub. Bundan əlavə onlarla qazimiz “YAŞAT” Fondunun xətti ilə müalicə üçün Türkiyəyə göndərilib və müalicə kursunu uğurla keçdikdən sonra ölkəmizdə geri dönüblər.

Fond cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Bu eyni zamanda insanlarımıza imkan verir ki, öz vətənpərvərlik missiyalarını və humanist istəklərini reallaşdıra bilsinlər”.

Deputat eyni zamanda hazırda itkin hesab olunan həbçilərimizlə bağlı məsələyə də toxunub. O qeyd edib ki, bu gün dövlətimizin qayğısı nəticəsində itkin düşən hərçilərimizin tapılması istiqamətində ciddi iş aparılır və çox az sayda hərçimiz, təqribən 20-25 nəfər itkin düşmüş hesab olunur: “Əlbəttə həmin hərçilərimizin tapılması istiqamətində ciddi işlər davam etdirilir, axtarışlar aparılır. Ancaq hesab edirəm ki, övladları itkin düşən ailələrə də şəhid və qazi ailələri kimi xüsusi diqqət və qayğı göstərməliyik. Əlbəttə ki, itkin düşən hərbçilərimizin axtarışları öz nəticəsini verəcək. Ancaq o zamana qədər həmin ailələr də şəhid ailələri, qazi ailələri qədər bizim hər birimiz tərəfindən diqqət və qayğını görməlidir, biz bu günlərdə həmin ailələrə dəstək olmalıyıq”.

Teqlər: