Bu müharibə XXI əsrin taleyini həll edəcək

Bu müharibə XXI əsrin taleyini həll edəcək

Ukraynadakı müharibənin nəticəsi bütün dünyanın təhlükəsizliyi üçün həlledici olacaq.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəhbəri Lloyd Ostin çıxış edib.

“Ukraynadakı müharibənin nəticəsi bu əsrdə qlobal təhlükəsizliyin istiqamətini təyin etməyə kömək edəcək”, – Ostin bildirib.

Eyni zamanda o söyləyib ki, Şimali Atlantika Alyansı Rusiya ilə qarşıdurmaya can atmayan müdafiə ittifaqıdır:

“Biz müharibədə iştirak etməyəcəyik, amma Ukraynanı dəstəkləyəcəyik”.

Pentaqon rəhbəri ABŞ-ın NATO ərazisinin hər qarışını müdafiə edəcəyini və Alyansın müdafiəsini gücləndirəcəyini qeyd edib.

Teqlər: