Avropalı tərəfdaşlar qarşıdakı bir neçə onillikdə müdafiə sənayesini təmin etməlidirlər.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Olaf Şolts çıxış edib.
“Genişmiqyaslı silah istehsalına doğru hərəkət etməliyik”, – Şolts vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı müharibəsi Avropa sülhü üçün əsas təhlükədir.