Bu, müasir tarixdə ən böyük məğlubiyyətdir – Saks

Bu, müasir tarixdə ən böyük məğlubiyyətdir – Saks

Amerikalı milyarder Devid Saks İlon Maskın Ukraynanın bütün Qara dəniz ərazilərini itirməsi ehtimalı ilə bağlı bəyanatını şərh edib.

AzerTimes xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Saks Ukraynanın əks-hücumunu müasir tarixdə ən böyük məğlubiyyət adlandırıb. Onun fikrincə, Rusiya artilleriyası Ukrayna tanklarına möhkəmləndirilmiş mövqelərdən hücum edib:

“Vaşinqtonun Kiyevə ehtiyatsız yardımı Ukraynada mövcud vəziyyətə gətirib çıxarıb. Bu insanlar axmaqdırlar, onlara etibar etmək olmaz”.

Qeyd edək ki, Mask Rusiya ilə münaqişə uzanacağı təqdirdə Kiyevin Odessanı və Qara dənizə çıxışı itirmək riski ilə üzləşəcəyini bildirib.

Teqlər: