İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan “Artpak” MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.
“Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub”, – nazir qeyd edib.