İqlim dəyişikliyi qida sistemi üçün artan təhlükədir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-a məxsus Beynəlxalq Qida və İnkişaf Siyasəti Tədqiqat İnstitutunun hesabatında bildirilib.
“İqlim dəyişikliyinin 2050-ci ilə qədər milyonlarla insanı aclıq, qida çatışmazlığı və yoxsulluq riski ilə üz-üzə qoyacağı gözlənilir. Bununla bağlı təcili tədbirlər görülməlidir. Bununla yanaşı, qida istehsalı, paylanması və istehlak təcrübələri iqlim dəyişikliyinə uyğunlaşdırılmalıdır. Bununla, yaşam üçün lazım olan qaynaqlar daha yaxşı dəstəklənər və sağlam qidalanma təmin edilər”, – hesabatda vurğulanıb.