Bu meyvə-tərəvəzləri soyuducuda saxlamayın

Bu meyvə-tərəvəzləri soyuducuda saxlamayın

Daha uzun istehlak üçün bir çox tərəvəz və meyvələri soyuducuda saxlamağa üstünlük veririk, lakin bu vərdiş insan sağlamlığı üçün təhlükəli vəziyyətə çevrilə bilər.

AzerTimes xəbər verir ki, bəzi meyvə və tərəvəzləri soyuducuya qoymağın faydasından çox ziyanı var.

Pomidor – Pomidorlar otaq temperaturunda saxlandıqda öz dadını qoruyur. Pomidoru soyuducuya qoysanız, sərtləşəcək və dadını itirəcək. Bundan əlavə, soyuducu pomidordakı hüceyrələrə təsir edir ki, bu da xəstəliklərə səbəb ola bilər.

Kartof – Kartofu soyuducuda saxlamaq onun çürüməsinə səbəb olacaq. Kartofu soyuducuda saxlasanız və istehlak etsəniz, sağlamlığınızı təhlükə altına qoymuş olarsınız. Çünki kartofun tərkibindəki nişasta soyuqda qaldığı üçün şəkərə çevrilməyə başlayır.

Soğan – Kartof kimi soğan da soyuducuda çürüyəcək və onun qoxusu digər məhsullara nüfuz edə bilər.

Avokado – Yetişməmiş avokadonu soyuducuda saxlamaq düzgün deyil. Avokadonu soyuducuya qoymaq üçün otaq temperaturunda yetişməsini gözləmək lazımdır.

Sarımsaq – Sarımsaq soyuducudakı havaya görə cücərə bilər, ona görə də sarımsağı otaq temperaturunda saxlamağınız tövsiyə edilir.

Bal – Bal otaq temperaturunda saxlanmalı olan məhsuldur. Balın maye quruluşunu qorumaq və dadını pozmamaq üçün onu soyuducuda saxlamayın.

Teqlər: